Big.az-a açıqlama verən sənətçi biznesin çətinliyindən danışıb:
"Yaxşı ki, tədbirlər var. Telefonuma cavab verməyən dostlarımı gəlib görürəm.
Mən Qoç bürcüyəm, boş oturmaqla işim yoxdur. Özümə görə bir dünya qurmuşam. Mən işçilərimi dolandırıram, pis iş görürəm? Amma qədrimi bilsinlər. Elələri də olub ki, dolanıblar, daha sonra yedikləri qaba tüpürüb gediblər. Belələri çox olub. Bütün işlərim ilə özüm məşğul oluram. Ona görə də qaçhaqaçdayam.
Rəqqasə həyat yoldaşından da söz açıb:
"Həmişə xüsusi günlərdə mənə nə isə özəl hədiyyə alır. Evdə hər bir şeyin pulunu yoldaşım ödəyir. Bir də olur ki, ayın axırı bir az pul az olur, onda da mən dəstək oluram".
Evdə ağa kimdir? - sualına da Fatimə:
"Kişi ki, əlini stolun üstünə vurub sözünü keçirmədisə, o nə kişidir!" - deyə, rəqqasə əminliklə cavabladı.

7News.az







