RU
Kölə” sənədli filminin təqdimatı keçirildi
22:55
395

Kölə” sənədli filminin təqdimatı keçirildi


31 iyul 2019-cu il tarixdə Binəqədi Gənclər Evində Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Təkan” Tələbə Gənclərin İctimai Birliyi tərəfindən hazırlanmış "Kölə” sənədli filminin təqdimatı keçirildi.

Sənədli film 2019-cu ildə Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 1-ci qrant müsabiqəsi çərçivəsində "İnsan alverinə qarşı mübarizə sahəsində təşəbbüsləri” bölməsi üzrə hazırlanmışdır.

Film insan alveri, onu doğuran səbəblər, dövlətin bu cinayətkarlıqla mübarizədə apardığı fəaliyyətdən, habelə insan alveri üzrə məhkum edilmiş şəxsin ifadələri və həmin cinayətin qurbanı olmuş gənc qızın başına gələn hadisələrdən bəhs edir. Təqdimatda Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı Fuad Əliyev, "Təkan” Tələbə Gənclərin İctimai Birliyinin üzvü, filmin ideya müəllifi Elşən Hüseynov, filmin rejissoru Emil Lətifov, layihənin rəhbəri Natiqə Hüseynova, ictimai birliyin üzvləri, Binəqədi rayon Gənclər və İdman İdarəsinin və Binəqədi Gənclər Evinin əməkdaşları və rayon gəncləri iştirak edirdilər.
Tədbiri giriş sözü ilə "Təkan” Tələbə Gənclərin İctimai Birliyinin üzvü, filmin ideya müəllifi Elşən Hüseynov açaraq "Kölə” adlı sənədli filmin çəkilməsinin məqsədi haqqında tədbir iştirakçılarına geniş məlumat verdi. E.Hüseynov layihənin uğurlu həyata keçirilməsində göstərdikləri köməyə görə Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına və Daxili İşlər Nazirliyinin rəhbərliyinə, İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşlarına öz təşəkkürünü bildirdi. Daha sonra çıxış üçün söz Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı Fuad Əliyevə verildi. O, insan alveri haqqında, onun formaları, bu sahədə dövlətin fəaliyyəti haqqında geniş məlumat verdi. "Kölə” sənədli filmi haqqında öz müsbət fikirlərini söylədi. F.Əliyev bildirdi ki, təqdim edilən filmdən gələcəkdə keçiriləcək tədbirlərdə əyani vəsait kimi istifadə ediləcəyini bildirdi. O, eyni zamanda QHT-lərin bu cür məsələlərə diqqət yetirməsini təqdirəlayiq olduğunu diqqətə çatdırdı. Növbəti çıxışçı, filmin rejissoru Emil Lətifovda "Kölə” sənədli filminin çəkilişində göstərdikləri köməyə görə Daxili İşlər Nazirliyinə İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinə öz təşəkkürünü bildirdi. Eyni zamanda filmin gənclər üçün faydalı olacağını qeyd etdi.
Çıxışlar bitdikdən sonra "Kölə” sənədli filmi təqdim edildi.
Sənədli filmin nümayişi iştirakçılar tərəfindən böyük maraqla qarşılandı. Filmə tamaşa edən gənclər tərəfindən qaldırılan problemlə bağlı suallar verildi, fikir mübadiləsi aparıldı.






<!-- /data/user/0/com.samsung.android.app.notes/files/share/clipdata_190805_225213_977.sdoc -->

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ