RU
Kolumbiyada kiçik təyyarə yaşayış məntəqəsinin üzərinə düşüb: 8 ÖLÜ
12:04
76

Kolumbiyada kiçik təyyarə yaşayış məntəqəsinin üzərinə düşüb: 8 ÖLÜ


7NEWS.az xəbər verir ki, Kolumbiyada yayımlanan "El Tiempo" xəbər saytının verdiyi məlumata görə, Medellin Bələdiyyə Başçısı Daniel Kintero Twitter hesabında yazdığı paylaşımda kiçik bir təyyarənin şəhərin yaşayış massivinə düşdüyünü açıqlayıb. Quintero bildirib ki, qəzada 2-si pilot olmaqla 8 nəfər ölüb. Medellinin fövqəladə hallar xidmətinin əməkdaşları da təyyarənin "Belen Rosales” yaşayış massivində qəzaya uğradığını bildiriblər.

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ