7NEWS.az xəbər verir ki, KDC Ordusunun sözçüsü mayor Sylvain Ekenge, 23 Mart Hərəkatı (M23) adlı üsyançı qrupun üzvlərinin Şimali Kivu əyalətinin Rutşuru bölgəsində hücum təşkil etdiyini açıqladı. Ekenge hücumda 50 mülki vətəndaşın həyatını itirdiyini və çoxunun qaçırıldığını bildirib. KDC hökuməti Ruandanın Şimali Kivu əyalətinin paytaxtı Qomanı ələ keçirməkdən qorxduğu M23-ü dəstəklədiyini iddia edir. Ruanda iddiaları rədd etsə də, iki ölkə arasında siyasi və diplomatik gərginlik davam edir. Birləşmiş Millətlər Təşkilatının hesabatlarına görə, KDC sərhədlərində çıxarılan bəzi qiymətli metallar sərhəd bölgələrindəki üsyançılar tərəfindən qonşu ölkələrə qaçaqmalçılıq yolu ilə keçirilir.
7NEWS.az








