Xəbər verdiyimiz kimi, türkiyəli müğənni Sərdar Ortaç koronavirusa yoluxub.
Hazırda evində müalicə olunan sənətçi hər iki doz peyvəndi qəbul etdiyini açıqlayıb. O, vaksin vurdurduğu üçün xəstəliyinin ağırlaşmadığını bildirib:
"Peyvənd olunmasaydım daha da pis olardım. Ciyərlərimə qədər yayılmışdı. Danışarkən xırıldayırdım, nəfəs almaq da çətindir. Koronavirusa yoluxanlar bilir. Diqqətli olmaq lazımdır".








