7NEWS.az xəbər verir ki, Serbiya prezidenti Aleksandar Vuçiçin Kosovo ilə son gərginliyə səbəb olan barrikadaların qaldırılacağını bildirməsindən sonra Priştina iki ölkə arasındakı ən böyük sərhəd-keçid məntəqəsini yenidən açdı.
Kosovo polisi, sərhədin Serbiya tərəfindəki barrikadaların götürülməsindən sonra quru nəqliyyatında və ölkənin Avropa əlaqəsində mühüm yeri olan Merdare sərhəd-keçid məntəqəsini yenidən açdıqlarını açıqlayıb.
Serbiya və Kosovonun bu addımları "Belqrad və Priştina arasında gərginliyin azaldılması istiqamətində mühüm addım" kimi qiymətləndirilir.
7NEWS.az








