RU
Kosovo və Serbiya arasında gərginlik: Aİ və NATO müdaxiləyə çağırıldı
15:14
211

Kosovo və Serbiya arasında gərginlik: Aİ və NATO müdaxiləyə çağırıldı


Kosovonun şimalında etnik serblərin sıx məskunlaşdığı bölgədə şənbə günü (10 dekabr) başlayan gərginlik ikinci gündür də davam edir.

7NEWS.az xəbər verir ki, Kosovo polisi və mediası ölkənin şimalında gərginliyin yüksək olduğunu, gecə boyu atışma və partlayış səslərinin eşidildiyini, serblərin yolları bağladığını, lakin insident nəticəsində ölən və ya xəsarət alan olmadığını bildirib.

Kosovonun baş naziri Albin Kurti, bazar günü axşam saatlarından etibarən istefa verən və sonra həbs edilən serb əsilli polisə dəstək üçün başlayan və silah səslənən nümayişdən sonra serb fəallar tərəfindən yollara qoyulan barrikadaların götürülməsinə göstəriş verib. .

Bundan əlavə, Kurti NATO-ya bağlı KFOR missiyasını müdaxiləyə çağırıb və barrikadaların aradan qaldırılmasını tələb edib.

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ