Kreml Ermənistanın KTMT-dən çıxması və Aİ-yə üzvlük niyyəti ilə bağlı açıqlama verib.
7News.Az Modern.az istinadən xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ermənistanın KTMT-dən çıxmaq qərarını özü verə biləcəyini bildirib.
Peskov qeyd edib ki, Ermənistan KTMT-də üzvlüyə artıq ehtiyac duymadığını düşünürsə, təşkilatı tərk etmək qərarını qəbul etməkdə sərbəstdir.
"Əgər Ermənistan KTMT-yə üzvlüyə artıq ehtiyac duymursa, o zaman müvafiq qərarı qəbul edib təşkilatdan çıxa bilər”, - deyə Peskov bildirib.
Ermənistanın Avropa İttifaqına üzvlük üçün müraciət prosesinə başlamaq niyyətinə də münasibət bildirən Kremlin sözçüsü Türkiyənin təcrübəsini xatırladıb.
Peskov qeyd edib ki, Türkiyənin Aİ-yə üzvlük müraciəti uzun illərdir nəticəsiz qalır.
Beləliklə, Kreml İrəvanın KTMT-dən mümkün çıxışına qarşı birbaşa etiraz etməsə də, Ermənistanın Aİ-yə inteqrasiya planlarının tezliklə reallaşacağına şübhə ilə yanaşdığını nümayiş etdirib.








