RU
Kürəkənini öldürdürən qayınananı belə qarşıladılar - VİDEO - FOTO
11:00
32

Kürəkənini öldürdürən qayınananı belə qarşıladılar - VİDEO - FOTO

Türkiyədə baş verən ailə faciəsi ölkə gündəminə çevrilib.

Qızına hücum etdiyi və onu hədələdiyi deyilən kürəkənini öldürtdüyü deyilən yaşlı qadının görüntüləri sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Hadisədən sonra qadının yaşadığı məhəllədə qonşuları tərəfindən qarşılanması diqqət çəkib. Yayılan kadrlarda bəzi sakinlərin onu "övladını qoruyan ana" kimi qiymətləndirdiyi görünür. Onlar eyni vəziyyətdə olacaqları təqdirdə oxşar addım ata biləcəklərini bildiriblər.

İddialara görə, qadın da açıqlamasında övladlarını qorumaq məqsədilə bu addımı atdığını deyib. Hadisə cəmiyyətdə fərqli reaksiyalar doğurub. Əksəriyyət qadının hərəkətini müdafiə edib.

Həmin görüntünü təqdim edirik:



BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ