RU
Bakıda faciəvi hadisə: 2 qadın pəncərədən yıxıldı, biri öldü
12:20
24

Bakıda faciəvi hadisə: 2 qadın pəncərədən yıxıldı, biri öldü

Bakıda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Mayın 10-u saat 17 radələrində 1989-cu il təvəllüdlü Aynur Alim qızı Səfərova yaşadığı Qaradağ rayonu Ələt qəsəbəsindəki evin pəncərəsini silərkən ehtiyatsızlıqdan yıxılıb. Beşmərtəbəli binanın 4-cü mərtəbəsindən yıxılan qadın xəstəxanaya yerləşdirilsə də, vəfat edib.

Oxşar hadisə Nərimanov rayonunda qeydə alınıb. Mayın 11-i saat 12 radələrində 2005-ci il təvəllüdlü Nərmin Hikmət qızı Kərimova yaşadığı N.Nərimanov küçəsi ev 7 mənzil 11-in pəncərəsindən ehtiyatsızlıqdan yıxılıb.

Dördüncü mərtəbədən yıxılan 21 yaşlı Nərmin xəstəxanaya yerləşdirilib, vəziyyəti orta-ağırdır./qafqazinfo

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ