RU
İran Pakistan və Əfqanıstana hərbi təyyarələr yerləşdirib?
13:10
27

İran Pakistan və Əfqanıstana hərbi təyyarələr yerləşdirib?

İranın ABŞ-nin mümkün zərbələrindən mühafizə olunmaq məqsədilə özünə məxsus hərbi və mülki aviasiya vasitələrini Pakistan və Əfqanıstana yerləşdirdiyi güman edilir.

Bu barədə "CBS News" telekanalı xəbər yayıb.

Telekanalın məlumatına əsasən, İranın hərbi təyyarələri İslamabadın cənub istiqamətində yerləşən Nur Xan adlı Pakistan Hərbi Hava Qüvvələrinə məxsus bazaya aparılıb. Mənbələr həmçinin kəşfiyyat uçuşları üçün xüsusi olaraq modifikasiya edilmiş İranın RC-130 aparatının da həmin hərbi bazaya göndərildiyini vurğulayıblar.

Bildirilir ki, hərbi toqquşmalar başlamazdan az öncə İrana məxsus "Mahan Air" aviaşirkəti bir neçə təyyarəsini Kabil şəhərinə istiqamətləndirib və İslam Respublikasının hava sərhədləri bağlandıqdan sonra həmin hava gəmiləri orada saxlanılıb. Ancaq Pakistanla Əfqanıstan arasında baş verən silahlı insidentlər səbəbindən təyyarələr qısa müddət sonra Əfqanıstanın İran sərhədində yerləşən Herat hava limanına gətirilib.

Buna baxmayaraq, "Taliban" hərəkatının rəsmi nümayəndəsi Zəbihullah Mücahid "CBS News" telekanalına verdiyi açıqlamada yayılan bu iddiaları inkar edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ