Türkiyənin məşhur aktyoru, Azərbaycan tamaşaçılarının "Kurtlar Vadisi" serialında Çakır obrazı ilə tanıdığı aktyor Oktay Kaynarca Kayseri şəhərində baş vermikş terror hadisəsini hiddətlə qarşılayıb. Aktyor bu barədə hisslərini sosial şəbəkədəki səhifəsində yazaraq izləyiciləri ilə paylaşıb.
"Bazar izninə çıxan uşaqları şəhid edən şərəfsizlər, şəhid etdiyiniz o uşaqların dostlarının fikirləşdiyi sadəcə sizsiniz unutmayın. İntiqam... Döyüşün, müharibənin bir şərəfi olar, bu qorxaqlıq və şərəfsizlik... Və budur, məhz bu səbəbdən də qalib gəlməyəcəksiniz!!! Ruhunuz şad, məkanınız cənnət olsun qardaşlarım..." - deyə məşhur aktyor paylaşımında qeyd edib.
Qeyd edək ki, ötən gün Türkiyənin Kayseri şəhərində çox sayda insanın ölümü və yaralanması ilə nəticələnən terror hadisəsi baş verib. Terrorun hədəfi bazar izninə çıxan əsgərlər olub və nəticədə 13 siravi əsgər şəhid olub, 48 nəfər isə yaralanıb./olke.az
7news.Az









