RU
Küveyt və Bəhreyn İranın zərbələrini pisləyib
13:10
21

Küveyt və Bəhreyn İranın zərbələrini pisləyib

Küveyt hakimiyyəti İranın raket və pilotsuz uçuş aparatları ilə həyata keçirdiyi hücumları "cinayətkar təcavüz” adlandırıb.

"Al Jazeera" xəbər verir ki, bu barədə Küveyt Müdafiə Nazirliyi məlumat yayıb.

Küveyt Müdafiə Nazirliyinin sözçüsü, briqada generalı Saud Əbdüləziz əl-Otaibi bildirib ki, İranın hücumu bina və infrastruktura ciddi zərər vurub, həmçinin insanların yaralanmasına səbəb olub.

Rəsmilər hava limanına edilən hücum zamanı neçə nəfərin yaralandığını və onların vəziyyətinin nə dərəcədə ağır olduğunu açıqlamayıblar.

Eyni zamanda, Bəhreyn ordusu ölkənin mülki infrastrukturunu hədəf alan üç raket və bir neçə pilotsuz uçuş aparatının məhv edildiyini açıqlayıb.

Bəhreyn hərbi rəhbərliyi hücumların İran tərəfindən həyata keçirildiyini bildirərək bunu "sistemli təcavüz” kimi qiymətləndirib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ