RU
Lahıc–İsmayıllı yolu sürüşmə səbəbindən yenə bağlanıb
10:00
29

Lahıc–İsmayıllı yolu sürüşmə səbəbindən yenə bağlanıb

İsmayıllıda sürüşmə oldu, yol bağlandı.

Lahıc–İsmayıllı yolu sürüşmə səbəbindən yenə bağlanıb.

Lahıc–İsmayıllı avtomobil yolunda baş verən torpaq sürüşməsi nəticəsində nəqliyyatın hərəkəti dayandırılıb. Sürüşmə Lahıc və Namazgah kəndləri arasındakı hissədə qeydə alınıb.

Yerli sakinlərin sözlərinə görə, sürüşmədən sonra dağdan qopan iri qaya parçaları və torpaq kütləsi yolun hərəkət hissəsinə tökülərək nəqliyyatın hər iki istiqamətdə hərəkətini mümkünsüz edib.

Əraziyə yol idarəsinin xüsusi texnikası cəlb olunub.

Hazırda yolun qaya və torpaq qatından təmizlənməsi, həmçinin hərəkətin bərpası istiqamətində işlər davam etdirilir./apa

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ