RU
Latviyada növbəti parlament seçkilərində səsvermə başlayıb
10:30
157

Latviyada növbəti parlament seçkilərində səsvermə başlayıb

Yerli vaxtla saat 07:00-da (Bakı vaxtı ilə saat 08:00-red) Latviyanın birpalatalı parlamentinə - Seymə növbəti seçkilərdə səsvermə başlayıb.

Bu barədə 7News.Az xarici mətbuata istinadən xəbər verir.

Ümumilikdə 1 030 seçki məntəqəsi – Latviya ərazisində və ölkədən xaricdə yerli vaxtla saat 20:00-a (Bakı vaxtı ilə saat 21:00) qədər açıq olacaq.

Seçicilər qarşıdakı 4 il ərzində onların maraqlarını təmsil edəcək 100 deputat seçməli olacaqlar.

Mərkəzi Seçki Komissiyasının rəhbəri Kristine Berzinya qeyd edib ki, elan olunmuş yaşayış yerindən asılı olmayaraq istənilən seçki məntəqəsində səs verə bilər. O ümid edir ki, bu, seçici fəallığını artıracaq.

Qeyd edək ki, Latviyanın 18 yaşından yuxarı vətəndaşları Seymə seçkilərdə səs vermək hüququna malikdirlər.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ