Lerik sakini bədbəxt hadisə nəticəsində ölüb.
APA-nın cənub bürosunun verdiyi xəbərə görə, hadisə rayonun Livədirqə kəndində baş verib.
Kənd sakini 59 yaşlı Vaqif Quliyev səhər saatlarında yaşadığı evin pəncərəsindən, 3 metir hündürlükdən yıxılıb. O, aldığı xəsarətlərdən ölüb.
Faktla bağlı araşdırma aparılır.








