RU
Leyla Əliyeva və Alona Əliyeva SƏNƏT Uşaq Musiqi və İncəsənət Mərkəzində təşkil olunan konsert proqramını izləyiblər - FOTO
12:30
22

Leyla Əliyeva və Alona Əliyeva SƏNƏT Uşaq Musiqi və İncəsənət Mərkəzində təşkil olunan konsert proqramını izləyiblər - FOTO

SƏNƏT Uşaq Musiqi və İncəsənət Mərkəzində 28 May - Müstəqillik Gününə həsr olunmuş konsert proqramı təşkil edilib.

Konserti Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Alona Əliyeva izləyiblər.

Mərkəzin tələbələri müxtəlif vokal ifalar, "Cəngi", "Yallı" və digər rəqs nümunələri ilə çıxış ediblər.

Gənc istedadların təqdim etdiyi bu zəngin proqram uşaqların musiqi və rəqs sənətinə gətirdiyi yeni nəfəsin, bədii yaradıcılığa verdikləri real töhfənin göstəricisidir.
 
 


 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ