Eks-nişanlısı Eqor Tarabasovla mübahisələri ilə gündəmə gələn Lindsay Lohan özünə yeni sevgili tapıb.
7News.Az Türkiyə KİV-nə istinadən xəbər verir ki, milyarder nişanlısını tez unudan Lohan yunanlı iş adamı Dennis Papageorgiou ilə eşq yaşayır.
Verilən məlumata görə, Dennis aktrisa üçün model sevgilisi Noelle Koutradan ayrılıb.
Qeyd edək ki, aktrisa Egor Tarabasovun onu öldürmək istədiyini iddia etmişdi, hətta öz mənzilinin eyvanında qışqırmağa başlamışdı.
Lindsay Lohan 23 yaşlı sevgilisinin onu rusiyalı qadınla aldatdığını söyləmişdi. O, rəfiqəsi Dasha Pashevkina ilə sevgilisinin münasibətdə olduğunu iddia etmişdi.










