RU
Lukaşenko: “Azərbaycan verdiyi sözü tutan ölkədir”
23:10
1532

Lukaşenko: “Azərbaycan verdiyi sözü tutan ölkədir”

Belarus və Azərbaycan əlaqələrini nəinki qoruyub saxladı, həm də bu əlaqələri inkişaf etdirməyi bacardılar.

"Ölkə.Az” "belta”ya istinadən xəbər verir ki, bunu Balarus prezidenti Aleksandr Lukaşenko azərbaycanlı səfir Lətif Qəndilovla görüşü zamanı deyib.

Lukaşenko əlavə edib ki, bundan sonra da Azərbaycanla yaxşı münasibətlərinin olacağına şübhə etmir, çünki bütün səviyyələrdə bu münasibətləri qarşılıqlı anlaşma əsasında qurmağı bacarıblar. Qarabağ məsələsinə toxunan Lukaşenko deyib ki, Belarus tərəfi də ötən il  Azərbaycan və Ermənistan arasında kəskinləşən münaqişədən çox naratçılıq keçirdi: "Azərbaycanın və əsasən də Prezidentinizin mövqeyi sayəsində vəziyyəti sabitləşdirib, mövcud problemlərin sülh yolu ilə həllinə nail oldunuz. Əlbəttə ki, barışa gedən yol yeni başlayıb. Ancaq həm erməni, həm də Azərbaycan xalqı sakit, dinc bir həyata layiqdir”.

İki ölkə arasındakı ticari-iqtisadi əlaqələrə toxunan Lukaşenko deyib ki, biz hər zaman texniki və texnoloji yardım göstərməyə hazırıq. Qərbin təzyiqlərindən qoxmayaraq Belarusa karbohidrogen xammalını göndərdiyinə görə Azərbaycana öz təşəkkürünü bildirən Lukaşenko deyib: "Əhsən, qərb dövlətlərinin təzyiqlərindən çəkinmədiniz. Verdiyiniz sözü yerinə yetirsiniz. Razılaşdığımız kimi, belə də hərəkət edin. Müasir dünyada bu hər şeydən dəyərlidir. Bu yaxınlarda Azərbaycana səfərim zamanı əldə olunan razılaşmaları həyata keçirməyə hazırıq və bu məsələdə bizə güvənə bilərsiniz”.
 
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ