Müğənni Niyam Salami "5/5"in efirində iki gün əvvəl dünyasını dəyişən mərhum Zahid Sabirabadlıdan danışıb.
7News.Az xəbər verir ki, ifası zamanı Zahidin adını xatırladan müğənni mahnı bitdikdən sonra da mərhum sənətkar barədə fikirlərini bölüşüb:

"8 gün öncə bir məclisdə idik. Moskvada toyda idim, Bakıya gələn günü evə girdim, o xəbəri eşidəndə çox pis oldum. Amma bu sözü deyim, deməliyəm, ürəyimdə qara qalar.
Deyirlər dost yoxdur. Elə deməyin, insanın əhatəsindən çox şey asılıdır. Onun çox dostu var idi. İnsanın yanında onu başa düşən bir dostu olmalıdır ki, o çətinliyə düşəndə yol göstərsin.
Yaxşı dost olmamısınız. İnsanın yanında yaxşı dost olmalıdır ki, onun çətinliyini, hər şeyini başa düşsün. Yeri gələndə üstünə də qışqırsın".
Niyam açıqlamasından sonra gözyaşlarını saxlaya bilməyib.
Bu da həmin kadrlar:
7News.Az








