Mağazadan şalvar oğurlayan qadını soyundurub, kameraya çəkdilər - VİDEO

Mağazadan şalvar oğurlayan qadını soyundurub, kameraya çəkdilər - VİDEO

Sosial şəbəkələrdə yayılan video maraq doğurub.

7News.Az xarici mətbuata istinadla xəbər verir ki, alış-veriş mərkəzindəki geyim mağazalarının birinin təhlükəsizlik kamerasına düşən görüntülərdə gənc qadının şalvar oğurlaması əks olunub.

Adı mətbuata açıqlanmayan qadın paltarı oğurlamaq üçün 8 şalvarı üst-üstə geyinərək mağazadan çıxmaq istəyib. Lakin onun planı baş tutmayıb və kamera qarşısında soyunmağa məcbur edilib.

Hadisənin Venesuelada baş verdiyi deyilir.

 

7News.Az


Xəbər lenti