RU
MADONNA ORLANDO QƏTLİAMINA BELƏ ETİRAZ ETDİ
13:05
1155

MADONNA ORLANDO QƏTLİAMINA BELƏ ETİRAZ ETDİ

Orlandoda meydana gələn gecə klubu qətliamına qarşı ən təsirli etiraz pop kraliçası Madonnadan gəldi.

7News.Az xarici mətbuata istinadən xəbər verir ki, ABŞ-ın Florida ştatındakı Orlando şəhərində 50 nəfərin ölümü, 53 nəfərin də yaralanması ilə nəticələnən silahlı təcavüzə dünya şöhrətli müğənni Madonnadan sərt reaksiya gəlib. Homoseksualların getdiyi gecə klubuna qarşı baş vermiş bu hücuma, amerikalı müğənni Instagramda paylaşdığı keçmiş konsertdən olan şəkili ilə etiraz edib. Madonna, 2003-ci ildə MTV Video Musiqi Mükafatlarında, Britni Spirsin canlı çıxışı əsnasında öpüşdükləri və gecəyə damğasını vuran fotonu paylaşaraq" "Nifrətə son. Şiddətə son" şərhini yazıb. 57 yaşlı pop kraliçanın, bu reaksiyası izləyicilərindən təqdir toplayıb. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ