RU
MAQATE ekspertləri Zaporojye Atom Elektrik Stansiyasında dəyən ziyanı araşdırıblar
18:46
13

MAQATE ekspertləri Zaporojye Atom Elektrik Stansiyasında dəyən ziyanı araşdırıblar

Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) ekspertləri bildiriblər ki, Zaporojye Atom Elektrik Stansiyasında apardıqları araşdırmadan sonra stansiyaya böyük ziyan dəyib.

7NEWS.az xəbər verir ki, MAQATE-dən verilən açıqlamada bildirilib ki, nüvə təhlükəsizliyi təhdidi olmasa da, ekspertlər stansiyaya məxsus torpaq sahəsinə böyük ziyan vurduğunu aşkar ediblər. Mütəxəssislər kondensat saxlama çənlərinin zədələnməsini müəyyən ediblər. Zərərin radioaktiv olmayan sızma ilə nəticələndiyi bildirilir. Bundan əlavə, bölmələrin yanından keçən magistral yolda və dəmir yolunda yararsız hala düşən raketlərin izlərinin olduğu bildirilib. Məlumatda sıxılmış hava daşıyan boru xəttinin və tikililərdən birinin damının da zədələndiyi bildirilib.

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ