RU
“Maşın”dan getsə də, oyunu hələ idarə edir
15:50
333

“Maşın”dan getsə də, oyunu hələ idarə edir

Ötən gün "Maşın" realiti şousunda Xose Bernardonun oyundan getməsi Nazilə Səfərli tərəfindən planlaşdırılıb.

7News.Az qafqazinfo-ya istinadən xəbər verir ki, ötən gün şairə bu barədə İnstaqram səhifəsində məlumat yayıb. 

O, hesabında video paylaşaraq hər kəsdən hədəf seçilən Səmra Rəhimliyə səs istəyib. N.Səfərli bildirib ki, şouda bir nəfərin torbası tikiləcək:

"Bir azdan çox maraqlı bir hadisə olacaq. Bir nəfərin torbasını tikirəm. Hamınızdan xahiş edirəm ki, Səmranın şouda qalmasına köməklik göstərin. O, bizim "kukla"mız, "ciciş"imizdir". 

 

Şairə paylaşımına şərh yazıb ki, oyun onun üçün davam edir: "Deyim ki, oyunu hələ də, mən oynayıram. Səmraya səs verən hər kəsə təşəkkür edirəm. Orada bir ürəkli oyunçu varsa, o da Sərxan Kərəmoğludur". 

Qeyd edək ki, N.Səfərli Xose Bernardonun qurduğu oyuna görə, Xəyalə Quliyeva tərəfindən oyundan kənarlaşdırılmışdı. 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ