Getdiyi bir kafedə hicablı qadınları təhqir etməsi iddiası ilə haqqında istintaq başlayan aktrisa Dəniz Çakır barədə məhkəmə qərar verib.
Qeyd edək ki, iddia görə, Dəniz bir müddət öncə getdiyi bir kafedə 6 hicablı qadına yaxınlaşaraq "Bura Ərəbistandır? Nə gəzirsiniz burada. Səudiyyə Ərəbistanına gedin" sözlərini deyib. Sonradan onun yaxınları yayılan iddiaların yalan olduğu barədə açıqlama versə də, artıq İstanbul Prokurorluğu Dəniz Çakırla bağlı istintaqa başlayıb.
Lakin bundan əvvəl məhkəmədə ifadə verən aktrisa haqqında səsləndirilən ittihamlarla razılaşmamış, onun da yaxınları arasında hicablı xanımların olduğunu bildirmişdi.
7News.Az








