RU
Mehriban Xanlarova polisə çağırılmağından danışdı:
12:22
796

Mehriban Xanlarova polisə çağırılmağından danışdı:

Akademik Milli Dram Teatrının aktrisası, əməkdar artist Mehriban Xanlarova polisə çağırılmasından danışıb.

Aktrisa Ölkə.az-a açıqlamasında faktı təsdiqləyib və onun üstünə şər atıldığını deyib: "Böyüdüyüm bir ailə var. O ailəni ikinci valideynlərim hesab edirəm. O kişinin evinə getmişəm, həkimlər gətirmişəm. Həmin vaxt yad bir adam görəndə soruşdum ki, bu kimdir. Onlar da bundan sui istifadə edib məndən şikayət ediblər.

Ərizədə yazıblar ki, guya məni böyüdən Xalıq Məmmədov adlı adamı təhqir etmişəm. İzahatımı verib sərbəst buraxıldım". Xatırladaq ki, aktrisa bu gün Nəsimi rayonu 19-cu polis bölməsinə çağırılıb.

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ