7NEWS.az xəbər verir ki, İspaniya Meksika prezidenti Andres Manuel Lopez Obradorun İspaniyanı Kral VI Felipe və ispan şirkətləri ilə ittiham edən sözlərinə reaksiya verib. İspaniya Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada Obradorun sözlərinin "qəti şəkildə rədd edildiyi" bildirilib.
Meksika və İspaniya hökumətləri arasında həftə ərzində keçirilən və "uğurlu nəticələr əldə edən” ikitərəfli komissiya iclaslarından sonra Obradorun sözlərinin "anlaşılmaz” olduğu ifadə edilən açıqlamada, "İspaniya hər zaman iqtisadiyyatın güclənməsinin tərəfdarı olacaq.
Meksika hökuməti İspaniyanın müstəmləkəçilik dövründə Meksikada törətdiyi "cinayətlərə” görə üzr istəməsini istəyir.
7NEWS.az








