RU
Meksikada helikopter qəzasında 5 nəfər ölüb
16:32
249

Meksikada helikopter qəzasında 5 nəfər ölüb


7NEWS.az xəbər verir ki, helikopter hələ məlum olmayan səbəbdən Meksikanın şimalında qəzaya uğrayıb. Boş bir sahəyə başdan-ayağa düşən vertolyotda olan 5 nəfər həyatını itirib. Səhər saatlarında baş verən qəzada həyatını itirənlər arasında Aguascalientes əyalətinin ictimai təhlükəsizlik naziri Porfirio Xavier Sanchez Mendozanın da olduğu öyrənilib. Aguascalientes əyalətinin qubernatoru Tere Ximenez qəzanın səbəbləri ilə bağlı araşdırmalara başlanıldığını açıqlayıb. Digər tərəfdən sosial mediada paylaşılan görüntüdə helikopterin qəzaya uğradıqdan sonra alovlandığı görülüb.

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ