RU
Məktəbli könüllülər Gəncə bulvarında ekoloji aksiya keçirdi
18:29
947

Məktəbli könüllülər Gəncə bulvarında ekoloji aksiya keçirdi


BMT-nin Davamlı İnkişaf Məqsədləri (DİM) təhsil proqramı çərçivəsində "Tomris Tərəqqi Uğrunda" İctimai Birliyinin təşəbbüsü ilə məktəbli könüllülər Gəncə şəhər bulvarında növbəti ekoloji aksiya təşkil etdilər. Aksiya zamanı gənclər ərazini zibildən təmizləyərək yaşıllığın və təmiz mühitin qorunmasına öz töhfələrini verdilər.
Təşkilatçılar bildiriblər ki, bu fəaliyyətin əsas məqsədi iştirakçıların ekoloji məsuliyyətini artırmaq və cəmiyyətə nümunə olmaqdır. Şagirdlər təbiətin mühafizəsində həm öz, həm də yerli icma üzvlərinin fəal iştirakının vacibliyini vurğulayırlar.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ