"Tomris Tərəqqi Uğrunda" İctimai Birliyinin təşəbbüsü ilə, BMT-nin Davamlı İnkişaf Məqsədləri üzrə həyata keçirilən 6-cı təhsil proqramının bir hissəsi kimi şagirdlər "Su və Sanitariya” mövzusunda öz poster layihələrini təqdim ediblər. Bu posterlərdə təmiz su resurslarının qorunmasının, təhlükəsiz və sağlam sanitariya şəraitinin təmin edilməsinin vacibliyi vurğulanıb.
Gəncə şəhər 29 nömrəli tam orta məktəbin rəhbərliyi və müəllimlər bildirirlər ki, bu cür yaradıcılıq işləri uşaqlara ekoloji həssaslığın, gigiyena və sanitariya vərdişlərinin aşılanmasında xüsusi əhəmiyyət daşıyır. Layihənin əsas məqsədi gənclərin qlobal məqsədlərdən xəbərdar olması və gələcəkdə cəmiyyətin dayanıqlı inkişafı üçün töhfə verməsidir.








