Məşhur aktyor Emre Karayel iş adamının oğlunu döyməsi barədə yayılan xəbərlərə münasibət bildirib.
7News.Az xəbər verir ki, aktyor mətbuatda dərc edilən məlumatları təsdiqləyib, biznesmen oğlunun içkili olduğunu söyləyib:
"Məkanda çox insan var idi, tualet qarşısında sıra yaranmışdı. Sıradakı oğlan deyinməyə başladı. Bu səbəbdən öz növbəmi ona verdim. Onun hərəkətləri barədə dostlarımla müzakirə aparırdıq. Çıxıb dedi ki, sən hələ mənim haqqımda danışırsan? Məni söydü, ona yumruq atdım. Daha sonra peşman oldum, gənc və sərxoş idi”.








