RU
Mənzildə it və pişik saxlayanların DİQQƏTİNƏ - Qanun dəyişdi?
13:30
22

Mənzildə it və pişik saxlayanların DİQQƏTİNƏ - Qanun dəyişdi?

Ev heyvanları bu gün bir çox ailələrin həyatında xüsusi yer tutur və gündəlik yaşamın vacib hissəsi hesab olunur. İt, pişik və digər ev heyvanları insanlar üçün sadəcə dost deyil, həm də ailənin bir üzvü kimi qəbul edilir. Lakin yaşayış binalarında və sıx məskunlaşmış ərazilərdə heyvan saxlanılması müəyyən qaydalar çərçivəsində həyata keçirilməlidir. Bu qaydalar həm heyvanların rifahını, həm də qonşuların rahatlığını və təhlükəsizliyini təmin etməyə xidmət edir.

7News.Az xəbər verir ki, çoxmənzilli binalarda və mənzillərdə ev heyvanlarının saxlanılması ilə bağlı hüquqi qaydalar mövcuddur.

Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş "Azərbaycan Respublikasının yaşayış məntəqələrində it, pişik və ya digər ev heyvanlarının saxlanması qaydaları"nda qeyd olunur ki, baytarlıq, sanitariya-gigiyena, səs-küy və digər normaları pozmamaqla, şəhərdə və şəhərtipli qəsəbələrdə çoxmərtəbəli binaların ayrıca mənzillərində yaşayan hər bir ailəyə qonşulara narahatlıq yaratmamaq şərti ilə bir it və iki pişik saxlamağa icazə verilir.

Qeyd olunur ki, baytarlıq və dövlət sanitariya nəzarəti orqanların rəsmi razılığı əsasında "canlı təbiət" guşələrində, uşaqlar üçün sosial xidmət müəssisələrində, yay və qış idman-sağlamlıq ocaqlarında, sanatoriya-kurort müəssisələrində (istirahət evlərində, pansionatlarda və s.) ev heyvanlarını saxlamaq olar.

Bundan başqa, şəhərdə və şəhərtipli qəsəbələrdə lazımi qaydada çəpərlənmiş və təcrid olunmuş ərazilərdə itlərin sərbəst gəzintisi təşkil edilə bilər.

Təşkilatlarda, idarələrdə, müəssisələrdə gözətçi itlər yalnız xüsusi yerlərdə saxlanmalıdır.

İri cins itlərin (senbernar, çoban iti, doq, boksyor, endelteryer, doberman-pinçer və s.) və digər heyvanların sahibləri mənzillərin, təşkilatların qapılarına it, yaxud vəhşi heyvan şəkilləri və "Təhlükəlidir" sözü yazılmış lövhələr vurmağa borcludurlar.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ