Ötən gün Xəzər rayonunun Mərdəkan qəsəbəsində yerləşən çimərlikdə 4 nəfər dənizdə batıb.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, aparılan axtarış-xilasetmə tədbirləri nəticəsində 1991-ci il təvəllüdlü Namiq Əzimovun, 2005-ci il təvəllüdlü Elnur Əbdülovun və 2007-ci il təvəllüdlü Elmar Əbdülovun meyitləri sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
2003-cü il təvəllüdlü Pərviz Məcidovun tapılması istiqamətində axtarışlar isə davam etdirilir.
Məlumata görə, həyatını itirən Elnur və Elmar Əbdülov qardaş olublar.
Faciə nəticəsində dünyasını dəyişən gənclərin fotolarını təqdim edirik.












