"Diriliş Ertuğrul” serialında rol alacaq Çağdaş Onur Öztürk təlim zamanı atdan yıxılıb.
7News.Az xəbər verir ki, aktyorun almacıq sümükləri və biləyi sınıb.
Öztürk təcili olaraq xəstəxanaya aparılıb, onun vəziyyətinin ağır olduğu açıqlanıb.
O, başqa bir özəl xəstəxanaya köçürülərək əməliyyat olunacaq.
Qeyd edək ki, Çağdaş Onur "Diriliş Ertuğrul” tarixi serialının yeni sezonunda rol alacaqdı.
Aktyor bu səbəbdən atminmə təlimlərinə başlamışdı.








