RU
Məşhur aktyor koronavirusa yoluxub
15:30
519

Məşhur aktyor koronavirusa yoluxub

Avstraliyalı məşhur aktyor Hyu Cekman koronavirusa yoluxduğunu açıqlayıb.
"Bu səhər koronavirus testim müsbət çıxdı. Məndə soyuqdəyməyə bənzər simptomlar var: boğaz ağrısı və yüngül burun axması”, - deyə o, "Twitter” hesabında bildirib.

Aktyor hazırda yaxşı olduğunu qeyd edib və mümkün qədər tez sağalıb işə qayıtmaq üçün hər şeyi edəcəyinə söz verib.

Hyu Cekman 12 oktyabr 1968-ci ildə Sidneydə anadan olub. O, "X-Men” filmi ilə (X-adamlar, 2000) şöhrət qazanıb.

Mənbə: TASS

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ