Belçim Bilgin ilə 2006-cı ildə evlənən Yılmaz Erdoğan 10 gün əvvəl boşanıb.
Restorandan çıxandan sonra sualları cavablandıran Yılmaz "Belçim xanımla boşanmağınız doğrudur” sualına "Xəbər doğrudur” cavabını verib.
Yılmaz daha sonra "Çox sevgi, hörmət dolu, əl-ələ girib, qol-qola çıxdığımız bir məhkəmə oldu. Siz xəbəri öyrənməkdə gecikmisiniz. 10 gün əvvəl olub. Mən də nə vaxt soruşacağınızı gözləyirdim” sözlərini deyib.
Qeyd edək ki, keçmiş cütlüyün Rodin adında bir oğlan övladı var.









