Uzun zamandır birlikdə olduqları deyilən Dreyk və Rihanna ayrılıb.
7News.az xarici mənbələrə istinadən xəbər verir ki, cütlük birlikdə olduqlarını uzun müddət gizlətsə də, sonradan məşhurların görüşdüyü ortaya çıxıb. İndi isə dünya ulduzlarının ayrıldığı deyilir. Bildirilir ki, Dreyk və Rihanna tez-tez görüşə bilmədikləri üçün ayrılmağa qərar veriblər.
Bəzi mənbələr isə iddia edir ki, əslində tərəflərin ayrılmasına səbəb olan İndia Love adlı xanımdır. Açıq-saçıq şəkilləri ilə sosial şəbəkələrin ulduzuna çevrilən İndia, son zamanlar tez-tez Dreykin yanında görünür. Dreykin xarici səfərlərində də İndia musiqiçinin yanında olur. Məlumata görə, tərəflərin səmimi unsiyyəti Rihannanın Dreykdən ayrılmasına səbəb olub.
7News.az








