Dünyanın ən böyük gitara ifaçılarından sayılan britaniyalı musiqiçi Ceff Bek 78 yaşında qəfil xəstəlikdən dünyasını dəyişib.
7NEWS.az xəbər verir ki, "The Yardbirds” qrupu ilə məşhurlaşan britaniyalı gitara ifaçısı Ceff Bek çərşənbə axşamı dünyasını dəyişib. Bekin 78 yaşı var idi. Məşhur sənətçinin ailəsinin sosial media hesabından verdiyi açıqlamada Ceff Bekin qəfil bakterial menenjitə tutulduqdan sonra rahatlıqla son nəfəsini aldığı və bu dərin itki prosesində gizlilik tələb edildiyi bildirilib.
24 iyun 1944-cü ildə İngiltərənin Surrey şəhərində anadan olan Bek səkkiz Qremmi qazanıb və iki dəfə Rok-n-Roll Şöhrət Zalına namizəd olub.
7NEWS.az








