Cici Hadid Zeyn Malikin evlilik təklifini rədd edib.
7News.az xarici KİV-ə istinadən xəbər verir ki, 23 yaşlı musiqiçi Zeyn Malik model sevgilisi Cici Hadidə evlilik təklif edib. Lakin məşhur model sevgilisinin bu təklifinə rədd cavabı verib.
Sarışın modelə yaxın olan mənbənin sözlərinə görə, Cici özünü evliliyə hazır hiss etmir: "Axı onun cəmi iyirmi bir yaşı var. Üstəlik valideynləri onun gözləri önündə boşanıblar. Bu mərhələ model üçün ağır keçib. Cici eyni vəziyyəti yaşamaq istəmir”.
Zeyn isə əksinə, özünü evliliyə tam hazır hiss edir.
Qeyd edək ki, atası əslən pakistanlı, anası isə ingilis olan Zeyn Malik dəfələrlə dünyanın ən yaraşıqlı kişisi seçilib.
7News.az










