RU
Məşhur müğənni ona xəyanət edən ərindən rəsmi olaraq ayrıldı - FOTO
13:27
462

Məşhur müğənni ona xəyanət edən ərindən rəsmi olaraq ayrıldı - FOTO

Ukraynanın xalq artisti, Rusiyanın məşhur müğənnisi Ani Lorakla əri Murad Nalçacıoğlu rəsmi olaraq boşanıb.

7News.Az qafqazinfo-ya istinadən xəbər verir ki, iş adamı ilə sənətçinin məhkəmə iclası yanvarın 31-də baş tutub.

Kiyevin Şevçenko rayon Məhkəməsi 10 illik ailənin ayrılması barədə qərar verib. Yığıncaq qapalı keçirilib və 5 dəqiqə davam edib.

Görüşdə yalnız boşanma məsələsi müzakirə edilib. Cütlüyün 7 yaşlı qızı Sofiyanın valideynlik hüququ və əmlak bölünməsi məsələlərinin müzakirəsi isə növbəti prosesdə həll olunacaq.

Xatırladaq ki, hazırda Sofiya anası ilə Moskavada yaşayır. Cütlük xəyanətə görə yollarını ayırıb.
 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ