Türkiyənin tanınmış müğənnisi Mahsun Kırmızıgül baş nazir Əhməd Davudoğlunun PKK-ya qarşı yürütdüyü siyasəti kəskin tənqid edib.
7news.az publika.az-a istinadən bildirir ki, Kırmızgül özünün sosial şəbəkədəki səhifəsində Türkiyənin PKK-ya qarşı hərbi əməliyyatlar aparmasına etirazını bildirib. Ancaq müğənni PKK-nın Türkiyədə törətdiyi terror aktlarına zərrə qədər toxunmayıb. O, PKK-nın Türkiyədə törətdiyi terror aktları nəticəsində həlak olan dinc insanlara görə baş nazir Əhməd Davudoğlunu ittiham edib:
"Yaralı uşaqları və yaşlı insanları tərk edib getmək hansı dildə yazılıb? Niyə o insanların hüquqları tapdalanır? Bu qədər zalım və mərhəmətsiz necə oldunuz, ey baş nazir? Mərhəmət və vicdan sahibi olan, üzərlərində Allah qorxusu daşıyan insanların qardaş döyüşünə diqqət göstərməsi lazımdır".
7news.az








