Dünən Kadıköydə motosikletiylə qəzaya düşən və reanimasiyaya yerləşdirilən aktyor İsrafil Köse dünyasını dəyişib.
7News.Az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, aktyorun ölüm xəbərini həmkarı Cem Yılmazın qardaşı Can Yılmaz sosial mediadan bildirib. İ.Kösenin meneceri isə hadisəni belə şərh edib:
"O, uzun illərdir ki, motosiklet sürürdü. Dünən keçərkən dayanacaqda olan bir taksi qapısını açınca toqquşublar. İsrafil 30 metr yerdə sürünüb. Çox ağır yaralanmışdı. Gecə 02:30-da həyatını itirdi. Çox kədərliyik".
Qeyd edək ki, 46 yaşlı aktyor bir çox film, serial və tamaşada iştirak edib.








