RU
Mətanət aparıcısı olduğu verilişi əsəbiləşib tərk etdi - Video
12:30
597

Mətanət aparıcısı olduğu verilişi əsəbiləşib tərk etdi - Video

ATV kanalında yayımlanan "5 gəlin" verlişində gərgin anlar yaşanıb.

 
7News.Az xəbər verir ki, sözügedən verilişin aparıcısı Mətanət Əliverdiyeva ilə iştirakçılardan birinin sözü çəp düşüb.

Belə ki, iştirakçının Mətanətə sıfır qiymət verməsi və bu azmış kimi "Burada təhqirli bir şey yoxdur" deməsi aparıcını özündən çıxarıb. O, əsəblərini cilovlaya bilməyib və cavabında "Mən götürmürəm təhqiri. Ay qız, sən kimsən ki, mənə "sıfır" deyəsən. Gəl, hələ mənim yaşıma çat, etdiklərimi et, sonra "sıfır" deyərsən mənə. Yaxşı? Sıfır vermək sənin borcun deyil. Sıfırı mənə Elmira xanım versə, mən razı olaram", deyərək verilişi tərk edib.

 
7News.Az
 


         

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ