Mikayıl Cabbarov nazirliklərin birləşdirilməsindən danışdı - Video

Mikayıl Cabbarov nazirliklərin birləşdirilməsindən danışdı - Video

"Prezidentin rəhbərliyi ilə keçirilən islahatların birbaşa faydasını, nəticəsini görən geniş əhalidir. Bu ASAN Xidmət, vergilərdəki islahatlar, əmək haqlarının artımı, sosial mənzillər və digər məsələlərdə görünür və bunların əsas məqsədi dünənə qədər vətəndaşa əlçatan olmayan xidmətlərin indi əlçatan və daha keyfiyyətli olmasıdır”.

7News.Az xəbər verir ki, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov Real TV-yə müsahibəsində deyib. O, bildirib ki, əslində indi vergi islahatlarının birinci ilindəyik: "Ötən 10 ay ərzində gözlədiyimiz nəticələr əldə olunub. Bəzi hallarda isə gözlənilən nəticə dəyişməyib. Amma proses başa çatmayıb və bu daimi prosesdir. 

Mən sahibkarlara dostluq təklif etmişəm. Dostluq heç zaman birtərəfli olmur. Tərəflərin bir-birinə güüvəni olmalıdır. Azərbaycan sahibkarlığı artıq böyük yol keçib və düşünürəm ki, hər iki tərəf bu dostluğa hazırdır.

Kölgə iqtisadiyyatı ilə bağlı mübarizə davam edir. Bunun aradan qaldırılması hər iki tərəfə, həm sahibkar, həm də dövlət üçün xeyirlidir”.

Vergilər Nazirliyi, Əmlak Komitəsi və Antiinhisar Agentliyinin İqtisadiyyat Nazirliyinə birləşdirilməsindən sonra bu işin necə koordinasiya olunacağı haqda suala nazir belə cavab verib: "Bununla bağlı ilkin baxışlar mövcuddur. Xüsusi koordinasiya qrupu fəaliyyət göstərir və uzun müddət bu fəaliyyət həyata keçiriləcək. Burada xüsusi olaraq qeyd etmək lazımdır ki, bir sıra funksiyaların İqtisadiyyat Nazirliyində birləşdirilməsi bizə imkan verməlidir ki, ölkənin iqtisadi rəqabət qabiliyyətini yeni mərhələyə çıxaraq, öz fəaliyyətimizdə daha çevik, bu və ya digər təhdid və çağırışlara cavab verə bilək”.

 

 

Xəbər lenti