Mingəçevir Şəhər İcra Hakimiyyəti Novruz bayramı ərəfəsində xüsusi qayğı və diqqətə daha çox ehtiyacı olan uşaqları sevindirmək üçün təqdirəlayiq addımla çıxış edib. Belə ki, İcra başçısının göstərişi ilə şəhid ailələrinin azyaşlı övladları, valideyin himayəsindən məhrum olmuş qəyyumluqda olan uşaqlar və Uşaq Nevroloji Sanatoriyasında müalicə alan sağlamlıq imkanları məhdud azyaşlıların hər biri üçün bayram hədiyyəsi hazırlanıb və İH əməkdaşları tərəfindən onlara təqdim olunub. Valideyin himayəsindən məhrum olmuş qəyyumluqda olan uşaqlara hədiyyələri şəxsən təqdim edən İlham İsmayılov onların bayramını təbrik edib, dövlətin hər zaman onları diqqətdə saxladığını vurğulayıb.