>
RU
lombard
Müdrik insan, cəsarətli strateq, qalib general - KƏRİM VƏLİYEVİ YAXINDAN TANIYAQ!
17:08
2446

Müdrik insan, cəsarətli strateq, qalib general - KƏRİM VƏLİYEVİ YAXINDAN TANIYAQ!

General-leytenant i müxtəlif sözlərlə xarakterizə etmək olar: andına sadiq hərbçi, qəlbi Vətən eşqi ilə döyünən rəşadətli general və s...

K. Vəliyevi geniş ictimaiyyət Tovuz döyüşləri ərəfəsində tanıdı. Həmin zaman məğrur səsi, səmimi, eyni zamanda ciddi baxışları ilə hamının diqqətini cəlb etdi. Cənab generalın o zaman dediyi - "Sizi əmin edirəm ki, şəhidlərimizin, yaralılarımızın qanı yerdə qalmacaq" sözləri xalqımızda qələbəyə inamı daha da artırdı. Həmin o sözlər gənclərimizdə vətənpərvərlik hisslərini alovlandırdı. O zaman Şəhidlər Xiyabanının önündə hamı Ali Baş Komandandan əmr gözləyirdi. 30 illik həsrətə son qoyacaq müharibə əmrini...

General-leytenant Kərim Vəliyev həqiqətən yüksək əxlaqi keyfiyyətlərə malik, hərbçi andına son dərəcə sadiq, savadlı, dövlətə və Ali Baş Komandana sədaqətli, peşəkar, əsl Azərbaycan zabitidir. Müsbət keyfiyyətlərə malik olan hərbçi olmaqla yanaşı general-leytenant Kərim Vəliyev, Vətəni qəlbən sevən, xalqına bağlı, işində son dərəcə məsuliyyətli, rəhbərlik etdiyi kollektivin dərin hörmətini qazanmış bir insandır. Onunla birlikdə xidmət edənlər deyirlər ki, general-leytenant Kərim Vəliyev haqqı qoruyan, qəbul etdiyi qərarlarda ədalətli, vicdanlı, eyni zamanda haqsızlıq etməkdən daima uzaq olan bir şəxsiyyətdir. O, harada xidmət etməsindən asılı olmayaraq, daima tabeçiliyində olanlara həssaslıqla yanaşıb, qayğıları ilə maraqlanıb, kollektiv üzvlərinin təkliflərini, səmərəli ideyalarını hörmətlə qəbul edib. Gənclərin Vətənə layiqli, bacarıqlı, şərəf və namusla xidmət edən zabit kimi yetişməsində bacarığını, diqqətini heç vaxt əsirgəməyib.

Müstəqillik qazandıqdan sonra keçirilən döyüş əməliyyatlarında bacarığını əsirgəməyən Kərim Vəliyev 44 günlük Vətən müharibəsində də özünün şəxsi rəşadəti, qətiyyəti ilə onunla birlikdə döyüşən hər kəsin qəlbini fəth etdi. İstər əsgərlər, istər zabitlər, istərsə də ehtiyatdan çağırılan hərbi qulluqçular onunla birlikdə döyüşə, torpaqlarımızın azad edilməsi uğrunda əməliyyatlara daha əzmlə, ruh yüksəkliyi ilə qatıldılar. Hərbçilər sonrakı xatirələrində deyirlər ki, hamı əmin idi ki, əgər bu döyüşdə Kərim Vəliyev bizimlədirsə, bizə komandirlik edirsə,  mütləq uğurumuz, qələbəmiz olacaq.

Füzuli, Zəngilan, Qubadlı, Laçın, Cəbrayıl və Hadrut istiqamətlərində gedən döyüşlərə rəhbərlik edərkən, özü də şəxsən əldə silah şəxsi heyətlə birlikdə düşmən üzərinə yeriyənlərin cərgəsində olması tabeliyində olanları döyüşdə qələbəyə ruhlandırmışdı. Rəhbərlik etdiyi bölmələrimiz düşmənə ağır zərbələr endirdi, onun xeyli canlı qüvvəsini və döyüş texnikasını sıradan çıxarmışdı. General-leytenant K. Vəliyevin rəhbərliyi ilə döyüşlərdə iştirak edən bölmələrimiz bir sıra yaşayış məntəqələrimizin azad olunması uğrunda döyüşlərdə böyük şücaət göstərdi və qələbəmizin qazanılmasına öz töhfəsini verdi. Vətən torpaqlarının azad edilməsi uğrunda döyüşlərdə şəxsən iştirak edərək yaralanan, düşmən artilleriyasının atəşi altında döyüşləri idarə edən, şəxsi heyəti şəxsən hücuma qaldıran general-leytenant Kərim Vəliyev bir daha sübut etdi ki, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə əsgərdən tutmuş generaladək hər kəs Vətən uğrunda, qələbə və ölkəmizin ərazi bütövlüyü naminə gözünü qırpmadan canından keçməyə hazırdır. 44 günlük Vətən müharibəsinin qəhrəmanlarını səciyyələndirən müsbət xüsusiyyətlərdən biri də məhz elə budur.

Təsadüfi deyil ki, cənab general Azərbaycan Respublikasının ərazi bütövlüyünün və təhlükəsizliyinin təminedilməsi zamanı əhəmiyyətlivə strateji ərazilərin, yaşayışməntəqələrimizin, rayonlarəmızən və şəhərlərimizin düşmən işğalından azad olunması əməliyyatlarına, AzərbaycanRespublikasının dövlət sərhədinin bərpaedilməsi üzrə döyüş əməliyyatlarına yüksəkpeşəkarlıqla rəhbərlik etdiyinə görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının "Zəfər”ordeni ilə təltif edilmişdir.

Cənab generalı şəxsi heyətə sevdirən, rəğbət qazandıran daha bir keyfiyyəti də təvazökarlıqdır. Əməyinə qiymət verilməkdən, layiq görüldüyü orden-medallardan söhbət düşəndə, "biz nə etmişik ki, öz vəzifə borcumuzu, xidməti tapşırıqları yerinə yetirmişik, Bu bizim Vətən qarşısında borcumuzdur” deyir general-leytenant Kərim Vəliyev.

Orduda təmiz fəaliyyətinə görə, ləqəbi "Ağ kağız” olan Kərim Vəliyev Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi vəzifəsində də uğurla xidmət edəcək.
Loading...

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ