RU
Müğənni efirdə hönkürdü:
17:26
663

Müğənni efirdə hönkürdü: "Canımın bir parçası getdi " - VİDEO - FOTOLAR

ARB TV-nin "Gəlin danışaq" verilişinin qonağı müğənni Rahidə Baxışova olub.

Qardaşının erkən ölümündən danışan ifaçı ardıcıl 2 qardaşını itirməyin çox ağır olduğunu bildirib:

"Bu həyatdır. Heç kim istəməz ki, doğmalarını itirsin. Qardaşım çox cavan yaşda idi. Mən, ümumiyyətlə, bu haqda danışmaq istəmirdim. 2 qardaşım var idi. Birini daha əvvəl itirmişdim. Biri 24 yaşında, digəri isə 35 yaşında rəhmətə getdi. Yadıma gəlir ki, balaca qardaşım rəhmətə gedəndə bu qardaşımı qucaqlayıb dedim ki, Ramin, bir dənə qardaşım qaldı. Heç düşünməzdim ki, vaxt gələcək, mən onu da itirəcəm. Ailədə olur ki, bacı ilə də söz olar, qardaşla da söz olar, amma inanın ki, bacı qardaşın 2-ci anasıdır. Mənim sümüklərim sızıldayır. Onu axırıncı dəfə o vəziyyətdə görməyim dilə gələsi deyil. O fəryadımı, o acımı, o çəkdiklərimi yalnız Allah duya bilər, insanlar yox. Həmişə mənim bir üzüm güləcək, bir üzüm ağlayacaq. Çünki canımın bir parçası gedib".

Müğənni həyatının çətin olsa da davam etdiyini və buna öyrəşməli olduğunu qeyd edib:

"2 qardaşımın 2-sini də itirdim. Artıq 2 bacı qalmışıq. Bir də anamdır. Əslində, mən istəməzdim bu haqda danışım. Bunları danışmaq mənə çox ağırdır. Ölüm Allahın hökmüdür. Biz ağlasaq da, ürəyimiz partlasa da, Allahın işinə qarışa bilmərik. Bir müsəlman olaraq bunu dərk edirik ki, Allah bizi yaradır və bir gün də bu dünyadan alıb aparır. Biz həmişə deyirik ki, kaş ki yaşlaşardı, bir az qocalardı, Allah cavanlara dəyməsin, amma ölümün də yaşı yoxdur. Hər kəsə mən cansağlığı arzulayıram. Sevdikərimə deyirəm ki, ölüm olacaqsa da, Allah bizə xeyirli ölüm versin, xəstəliklə imtahana çəkməsin. Birinci canınız sağ olsun, ikinci də ki, Allah bizə hər şeyin xeyirlisini qismət eləsin".//milli.az

 
 



BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ