RU
Müğənnilər Günayı tənqid etdilər:
14:26
551

Müğənnilər Günayı tənqid etdilər: "Quru-quru "ulduzam" demə"

Müğənni Günay İbrahimlinin "Rəqibim yoxdur" sözü qalmaqala səbəb olub. 

7News.az-ın məlumatına görə, ifaçılar "Xəzər maqazin"ə açıqlamasında sənətçinin bu ifadəsini qınayıblarlar.

Gülay Zeynallı: 

"Şövkət Ələkbərova, Zeynəb Xanlarova özünə nə ad qoysun? Elə ifaçı yoxdur ki, ona qulaq asanda ağzım açıq qalsın. Heç vaxt düşünmürəm ki, kimsə mənə rəqibdir, ya yox". 

Elçin Cəfərov: 

"Bir-birinə rəqib olanlar var. Heç kimdə başqasının adını çəkmir. Deyərdim ki, sakit dursun. İşləyən müğənnilər arasında mən də varam. Bəlkə kiməsə mən də rəqibəm". 

Ramal İsrafilov:

"Burada rəqibim yoxdur, hamısı xaricdədir. Burada hamı eynidir, mahnılarda bənzərdir. Mənim rəqibim Castin Biberdir. İlhamə xanım demişkən, özün özünü tərifləməsən, heç kim səni tərifləməz. Mən ulduzam".

 

Əbdül Xalid:

"Mənim o mənada rəqibim yoxdur ki, səsim gələndə fikirləşmirlər bu kimdir".

Nurlan Növrəsli:

"Hər bir insanın rəqibi var. Heç kim əlçatmaz deyil. Gərək sən o qədər fərqli vokolçı olasan ki, sənə rəqib olmaya. Hər aşiqin öz dövranı var".

Əhməd Mustafayev: 

"Özünə quru-quru "ulduzam" demək olmaz. Ona əməl etməlisən. Özünə rəqib görməlisən, yoxsa yerində qalacaqsan".//axşam.az

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ