RU
Müğənnilər hansı mahnıya oynayır?
12:54
1235

Müğənnilər hansı mahnıya oynayır?

“Star life” verilişi sənət adamları arasında sorğu apararaq, hansı mahnıya oynadıqlarını soruşub. 

7News.Az müğənnilərin cavablarını təqdim edir: 

Arif Babayev – “Tərəkəmə” oynayıram. 

Manaf Ağayev – Təbii ki, kişi havasına oynayıram: “Süleymani”, “Tərəkəmə”. Kişi kişi mahnısına oynayar. Dədə-baba mahnılarımıza qulaq asmağı sevirəm. 

Nadir Qafarzadə - Gözümü açandan görmüşəm ki, kişilər “Qoçəli”, “Süleymani” oynayır. Bunlar əsl ağıryana rəqslərdir. Lirik bəstələrə qulaq asmağa üstünlük verirəm. 

Mətanət İsgəndərli – Elə bir azərbaycanlı yoxdur ki, “Tərəkəmə” rəqsini sevməsin. Həm kövrəyəm, həm də çılğınam. Çox bədbin olmaram, yoxsa yaşaya bilmərəm. Ona görə də hər cür mahnıya qulaq asıram.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ