Mütəxəssislər açıqladı: Qiyamət günü bu ölkələrdə sağ qala bilərsiniz

Mütəxəssislər açıqladı: Qiyamət günü bu ölkələrdə sağ qala bilərsiniz

Elm adamları dünya üçün qlobal problem hesab olunan qiyamət günü sağ qala biləcəyiniz yerlərdən danışıblar

Otaqo Universitetinin professoru Nik Uilsonun fikrincə, biotexnologiya sahəsində kəşflər bütün bəşəriyyət üçün təhlükəli, genetikası dəyişdirilmiş vəba xəstəliyinin yaranmasına səbəb ola bilər.

Uilson qeyd edib ki, qiyamətin bir səbəbi də məhz infeksion xəstəliklər ola bilər. Bu zaman xilas olmaq şansı minimuma enəcək.  Ancaq siz bu prosesin başlandığı vaxtı doğru yerdəsinizsə, yaşamanız üçün kiçik də olsa, ehtimal var.

Misal olaraq, professor bu kimi infeksiyaların yayılmasının mümkünsüz olduğu əraziləri göstərib. Belə ki, tədqiqatçıların fikrincə, ən təhlükəsiz yerlər Avstraliya, Yeni Zelandiya və İslandiyadır.

7News.Az

Xəbər lenti